Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Leyla Əliyeva Eminə xoşbəxtlik arzuladı

Leyla Əliyeva Eminə xoşbəxtlik arzuladı

Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva keçmiş həyat yoldaşı, müğənni və biznesmen Emin Ağalarovu yenidən ailə qurması münasibəti ilə təbrik edib.

Virtualaz.org bildirir ki, o, təbrikini öz instaqram-hesabında yerləşdirib və Eminə, eləcə də onun sevgilisi Alyona Qavrilovaya arzularını çatdırıb: “Mən Eminə və Alyonaya xoşbəxtlik arzu edirəm, onlar buna layiq, gözəl insanlardırlar. Arzu edirəm ki, sevgi onların həyatında hər şeydən uca olsun”.

Xatırladaq ki, Emin Ağalarovla Leyla Əliyevanın 2 oğlu var. Bundan başqa, L.Əliyeva bir qızı qızlığa götürüb və E.Ağalarov onu da qəbul edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …