Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Keçmiş aptek müdiri böyrəyini satır

Keçmiş aptek müdiri böyrəyini satır

43 yaşlı Beyləqan sakini Xalid Pəsiyev böyrəyini satır.

“ Azinforum.az ” xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Xəbərdə bildirilir ki, X. Pəsiyevin sözlərinə görə, 10 yaşlı oğlunun xəstəliyi onu bu cür addım atmağa vadar edib: “Oğlum yerimir, anadangəlmə problemləri var. Həkimlər bildirirlər ki, xaricdə əməliyyat olunsa nəticə verər. İrana və digər yerlərə müalicələrə aparmışam.

Lakin müəyyən nəticələr olsa da sağlamlığında hələ ki ciddi dəyişikliklər yoxdur. Artıq uzun müddətdir ki, böyrəyimi satmağı düşünürəm. Bəzi dostlara da demişəm ki, böyrəyimi satmaqda mənə köməklik etsinlər. Sizin qəzetdə mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu üçün təcili donor axtarılması ilə bağlı yazını oxudum. Onların ailəsinə bu barədə müraciət etdim, lakin hələ ki mənə dəqiq bir söz deməyiblər. Mən isə oğlumun əməliyyatı üçün bu məsələni tezləşdirmək istəyirəm”.

Xalid Pəsiyevin sözlərinə görə, ixtisasca əczaçıdır, bundan əvvəl aptek müdiri işləyib. Lakin hazırda Bakıda fəhlə işində çalışır, maddi durumu isə ürəkaçan deyil:

“Oğlumun vəziyyəti məni çox narahat edir. Fikirləşirəm ki, bir böyrəklə də yaşaya bilərəm. Maddi imkansızlıqdan bu cür addım atmağa məcburam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın