Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Şou Biznes / Kərimdən Təranəyə: “Əvvəlin diplom alverçisi, sonra insan alverçisi oldun”

Kərimdən Təranəyə: “Əvvəlin diplom alverçisi, sonra insan alverçisi oldun”

“İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb, məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, məndə iynə axtarırsan?” 
Primetime.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov eks həyat yoldaşı prodüser Təranə Səmədova barəsində söyləyib:
“Əvvəlin diplom alverçisi, sonra insan alverçisi oldun . İndi də maşın alverçisi. Alverçi kəlməsini bu qədər dəyərsiz eləmə. Sən hara gedirsənsə axırda bir zibil çıxır . O vaxtlar belə bir meyxana kəlməsi var idi. Səni aləm tanıyır məşhur adam ….. Ziba.

Sənin kimi məşhur alverçini, efirlər hansı ağılnan dəvət edir, başa düşmürəm? Çıxıb efirə, məndən olmayan şeyləri danışmaqdansa, otur balana tərbiyə ver. Onun gözünü kölgəli eləmə. Əməllərini düzəlt. Belə cinayətləri törədən insan, sonra çıxır efirdə əxlaq və tərbiyədən danışır. Bu dünya niyə dağılmır, görəsən? Millət səni yaxşı tanıyır. Mənə gələndə isə, mənim ailəm, övladım, xanımım, atam, anam, qeyrətim, namusum yanımdadır. Sən mənə görə narahat olma. Amma yenə də  sənə pislik arzu etmirəm. Allah qapını açsın”.
Qeyd edək ki, T.Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.
O  məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 12-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək. Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Həmçinin, cinayət işində 2 nəfər- Tağıyeva Mətanət Tağı qızı və Kərimova Sona Əhəd qızı zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, zərərçəkmişlərdən olan Sona Kərimova barəsində ötən il səs-küylü məhkəmə prosesi keçirilib. Həmin işdə S.Kərimova cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Prodüser Təranə Səmədova məhkəmə faktını təsdiqləyib.

Həmçinin oxuyun

Toyda dava düşdü: Meyxanaçı Samirənin burnunu sındırdılar – VİDEO

Meyxanaçı Samirə Yusifqızı Space TV-də toyda başına gələn xoşagəlməz hadisədən danışıb.  BAKU.WS-in məlumatına görə, meyxanaçı …