Ana səhifə / Şou Biznes / İcra başçısı tarixi abidəni sökdürür – Şikayət

İcra başçısı tarixi abidəni sökdürür – Şikayət

 

Dünya faşizm üzərində qələbənin 70 illiyinə hazırlaşdığı bir vaxtda Gədəbəydə Böyük Vətən Müharibəsində həlak olan gədəbəylilərin şərəfinə inşa edilmiş ana abidəsini sökürlər.
 Bu haqda Gədəbəy sakinlərinin istiqlal.az-a göndərdiyi məktubda deylir.
Sakinlər yazır: “Qələbəyə öz töhfəsini vermiş Azərbaycan xalqı da bu əlamətdar hadisəni layiqincə qeyd edəcək. Gədəbəy rayonu isə bu bayramı rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarova yaraşan şəkildə qarşılayacaq. Məsələ burasındadırki, 3 aydan artıq bir müddətdir R.Yediyarov ötən əsrin70-ciillərində Gədəbəy şəhərinin girişində Böyük vətən müharibəsində həlakolan gədəbəylilərin şərəfinə inşa edilmiş abidəni, eyni zamanda həmin yerdə ucaldılmış ana abidəsini sökdürüb. Azərbaycanın tarixi abidələri siyahısına salınmış, Gədəbəyin ümumi görünüşünə gözəllik verən bu abidə-kompleksi hazırda rayonun Söyüdlü kəndi ərazisində tələm-tələsik yenidən inşaolunur. Abidənin yenidən inşa olunduğu həmin ərazi rayon mərkəzindən çoxuzaq olmaqla yanaşı, həm də şəhidlər xiyabanınn yanındadır. Rayon mərkəzində Qarabağ müharibəsi şəhidlərinə abidə ucaldılmasına ehtiyac olduğu halda bütün abidələrin rayon mərkəzindən şəhidlər xiyabanı ətrafına köçürülməsi ancaq R.Yediyarov kimi bənzərsiz düha sahibinin ağlınagələ bilər. Bəsgörəsən R.Yediyarov rayonun tarixi abidələrinə və vətən uğrunda canından keçən insanların ruhuna bu cür sayğısızlıq göstərməsinin səbəbi nədir?
Axı, o, hansı məqsədlə sıraları tamamilə seyrəlmiş Böyük vətən müharibəsi iştirakçılarının öz döyüş yoldaşlarının xatirəsini yad etmək haqqını əlindən alır?
Xeyli sayda xarici vətəndaşın yaşadığı rayonda dövlətə başucalığı gətirməyən bu vandallığın məqsədi nədir?
Məqsəd sadə və sadə olduğu qədərdə iyrəncdir. Məsələ ondadırki, hər bir rayonda olduğu kimi Gədəbəydə də bayraq meydanı inşa edilməlidir, bundan başqa R.Yediyarov rayonda abadlıq işləri görüldüyü görüntüsünü yaratmaq üçün ümummilli liderin adına muzey və ya məktəb tikdirmək fikrindədir. Sökülən abidələrin yeri ona bu məqsədini reallaşdırmaq üçün lazımdır.Amma bu şəxsdən soruşmaq lazımdır ki, rayonda bu işləri aparmaq üçün başqa ərazi yoxdur? Niyə rayon sakinlərinin hisslərinə toxunaraq, rayonunən gözəl abidəsini məhv edirsən? Əgər sən tapmırsansa biz sənə göstərə bilərik. Məsələn rayonun girişində həmin dağıdılmış abidə və Heydər parkı ilə üzbəüz tikinti materialları bazası yerləşir. Böyük əraziyə malik həmin yer planlaşdırılan tikintilər üçün çox əlverişlidir və rayona əlavə gözəllik verə bilər.Yediyarov deyə bilərki, həmin ərazi şəxsi mülkiyyətdir və sökülə bilməz.
Yaxşı bəs başçı təyin olunduğu gündənYediyarovun sökdürdüyü onlarla obyekt şəxsimülkiyyət deyildi?Bəs necəolduki, rayonda fəaliyyət göstərən bütün tikinti materialları mağazaları rayonun kənarına köçürüldü, ancaq Sahib adlı şəxsə məxsus həmin mağaza bu gün də tikinti materialları satılşı ilə məşğuldur? Başqa bir misal – rayon mərkəzində yer olmadığını bəhanə edib tarixi abidəni söküldüyü halda rayonun lap göbəyində rayon maliyyə idarəsinin rəisinə bank binası tikdirmək üçün icazə verilməsi hansı zərurətdən irəli gəlir? İdarə rəisi həmin bank binasını öz sürücüsünün adına rəsmiləşdirib. Bunu rayonda bilməyən yoxdur. Və yaxud başqa bir misal – rayonun köhnə avtovağzal deyilən yerində bütün qanuni sənədi olan obyektlər sökülməsinə baxmayaraq magistral yolun üstündə tikilmiş Elşən Hüseynova məxsus aptekə toxunulmayıb.Adları çəkilən hər 3 şəxsə bu imtiyazlar başçıya külli miqdarda xeyir vermələri müqabilində tanınıb. Belə ki, büdcədən rayonun abadlaşdırılmasına xərclənən vəsaitlər Sahib Hüseynov vasitəsilə, büdcədən pulsuz dərman pereparatlarına ayrilan vəsaitlər Elşən Hüseynov vasitəsilə sənədləşdirilir. Maliyyə idarəsinin rəisinin isə bu işlərdə rolu danılmazdır.
Göründüyü kimi, Yediyarov Prezidentin yerdə nümayəndəsi kimi gənc nəslə vətən, torpaq sevgisi aşılamalı,düşmənlə həmsərhəd olan bu rayonda vətənpərlik ruhunun yüksəldilməsi üçün çalışmalı olduğu halda vətən torpağı qurbanlarının əziz xatirəsi üzərindən möhtəkirliklə məşğuldur. Bu gün xaraba qoyulmuş bu abidəyə baxan sadə vətəndaşı bir sual düşündürür.Doğrudanmı bu rayonda bir damla şəhid qanına dəyməyən tamahkar məmurun nəfsi vətəninə qurban getmiş qəhrəmanların xatirəsindən üstündür? Vətəndaşların ümidi yenə də qalır cənabPrezidentə. Əhali ümid edir ki, bu mənfur əmələ cənab Prezident qiymət verəcək və bu Yediyarovun Gədəbəy rayonuna etdiyi sonuncu pislik olacaq”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın