Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Hüseyn Dəryanın keçmiş həyat yoldaş: “Anar Nağılbazı insanlar öldürdü”

Hüseyn Dəryanın keçmiş həyat yoldaş: “Anar Nağılbazı insanlar öldürdü”

Xəbər verdiyimiz kimi, ötən gün qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz son mənzilə yola salınıb.

BAKU.WS-in məlumatına görə, dəfndə reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova da iştirak edib.

Saytımıza özəl açıqlama verən Sona Muradova bunları qeyd edib:

“Xəbəri dünən saytlarda gördüm. Sonra bir-iki dostuma zəng vurdum, onlar da təsdiqlədilər. İnandırıcı gəlmirdi. Dəfndə bir insan kimi iştirak edirəm. Hüseynlə olan rəqabətini bir qırağa qoyuram. Mən o kinliliyi saxlamamışam. İnsanların nə düşünəcəyi, nə yazacağı mənim üçün əhəmiyyətli deyil. Məni heç nə maraqlandırmır, çünki Anarı da insanlar öldürdü. Onun şəklini, videosunu paylaşaraq, xoş olmayan sözlər yazıb, Anarı depressiyaya saldılar. İndi hamı yazır ki, Allah rəhmət eləsin…”

Qeyd edək ki, reper Anar Cəbiyev (Anar Nağılbaz) 2018-ci il avqustun 4-ü ağır qanaxmadan sonra vəfat edib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …