Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Hüseyn Əzizoğlu Rozanın oyuncağı idi” – “Maşın”-nın pərdəarxası məqamları – VİDEO

“Hüseyn Əzizoğlu Rozanın oyuncağı idi” – “Maşın”-nın pərdəarxası məqamları – VİDEO

“Xəzər” televiziyasının aparıcısı Fira Cəlilova musavat.com saytının suallarına cavab verib. Onunla  iştirakçısı olduğu “Maşın” şoudan”, keçirdiyi əməliyyatdan və yeni layihəsindən danışdıq:

– “Maşın” şoudan sonra istirahətə yolandınız. Hazırda özünüzü necə hiss edirsiniz?

– Əsəbi, stressi atmaq lazımdır. Orada əsəbləri korlanan çox oldu. Yenidən işə köklənmək üçün dincəlməlisən. Mən də istirahətə yollandım.

– Oyunu tez tərk etdiyiniz üçün təəssüfləndiniz?

– Oyundan tez çıxdığım üçün təəssüfləndim. Hətta, tamaşaçıları qınayırdım ki, niyə mənim əlimi çəkdiyimi dediniz. Bu hadisədən sonra bildim ki, şounu bütün Azərbaycan izləyir.

– Roza Zərgərli belə açıqlama verdi ki, əvvəldən iştirakçılara deyib ki, maşını udub, xeyriyyə üçün xərcləyəcək.

– Mən orda olanda elə söhbət olmayıb. Mən oyunda olanda Roza demişdi ki, iyunun 8-i tədbirim var. 6-sı ya da 7-si  çıxacağam. Xeyriyyə məqsədi olduğunu eşitməmişəm. Demişdi ki, qızımın maşını var, qalib olsam, oğluma verəcəyəm. Səhv etmirəmsə, belə demişdi.

– Sizdən sonra baş verənləri necə dəyərləndirirsiniz?

– Heç  vaxt bütün buraxılışlara baxmamışdım. Ilk dəfə iştirakçı idim deyə həvəsli idim, oyundan çıxandan sonra da izlədim. Içdən görmüşdüm,  kənardan da görmək istəyirdim. Amma görünənlə arxa planda olanlar tam fərqlidir. Veriliş bitəndən sonra hamı elə bilir ki, iştirakçılar yatmağa gedir. Amma elə deyil. Açılış bitdikdən sonra gecə yatmağa getdik. Amma zənglərdən, dəvətlərdən yata bilmədim. Biri zəng elədi ki, mənim adımı çəkmə. Biri otağına dəvət etdi ki, gəl, amma heç kim bilməsin. Günel, Aytən, Roza ayrı-ayrılıqda zəng elədi ki, səninlə danışdığımdan kimsənin xəbəri olmasın. Bilmirdim ki, kimlə  qruplaşım. Mənə dediklərini sirr olaraq saxlayacağam. Onların üçü də müxtəlif oyunlar oynamaq istəyirdi. Hətta, biri olduğu komandaya xəyanət etmək istəyirdi. Kim səsverməyə çıxmaq istəyirdisə, onun şəklini atırdım. Amma hədəflərini soruşmurdum. Roza Günelə deyirdi ki, səninlə dostam. Amma mənə deyirdi ki, şəklimi at, Güneli çıxaracağam. 17 nəfərdən 4-ü mənim şəklimi atdığı üçün şoka düşmüşdüm. Orada bir iştirakçının əyri hərəkətini gözləyirdilər ki, ona qarşı qruplaşsınlar. İlhamə Bədəlova öz əsəblərinə uyğun davranırdı. O 2-3 gün içində hamı ilə pis münasibət yaratdı.  Amma ona qarşı heç kim qruplaşmırdı, güclü rəqib idi.

– İlhamə Bədəlova demişdi ki, rəqib sizi görür.

– Bəlkə də, o da oyun idi. Çoxunu “Maşın”da  tanımışam. İlhamə ilə “Lider”də veriliş aparmışıq. Bəlkə də, mən hədəf deyildim, özü elə deyirdi ki, hədəfi bilinməsin. Mənə güclü rəqib ATV-nin aparıcıları gəlirdi. Düşünürdüm ki, bir kanaldan 4 aparıcı var. Roza demişkən, birləşib, bizi “biçəcəklər”.  Qruplaşmadılar, rəqabət apardılar. Çoxu elə bilirdi ki, şoudur, amma əslində həyatda yaşananların əksi idi. Mənə gülməli gələn o idi ki, Mətanətlə Aytənin dueli oldu, bir-birilərini qırdılar, amma əllərini maşından götürmədilər. Dedim, dalaşırsınız, əlinizi maşından çəkin də. Onlar kameraya oynayırdı. Emosiyalara qapılsalar, əllərini çəkərdilər.

– Şounun axırıncı günü Roza ilə Hüseynin davası oldu. Hətta, Roza Hüseynə meyvə və boşqab atdı. Sizin başınıza gəlsəydi, necə davranardınız?
– Ona inandınız? Məncə, o da şou idi. Hüseynin Abbas ilə İlhamədən üzr istəməsi də şou idi. Roza mənim adımı deyib, Güneli çıxaracaqdı. Günel tam zəmanət istəyirdi. Hüseyn oyuncaq idi, Roza onu əlində oynatdı. Deyirlər ki, Hüseynin 21 yaşı var, uşaqdır. 21 yaşlı oğlanlar ailə saxlayır. Hüseynin xətrini çox istəyirəm, onu ilk efirə mən çıxartmışam. Onun kimi bir çox vayneri də efirə mən çıxarmışam.

– Modelyer Elnarə Bəkirova “Maşın” şoudakı qadın iştirakçıların geyimlərini analiz etdi. Sizin geyimləri bəyənsə də, gen olduğu üçün yaraşmadığını dedi. Onun fikirlərinə münasibətiniz necədir?

– Onun fikrinə hörmətlə yanaşıram. Problemim vardı, əməliyyat olmuşdum, qarnımdakı və belimdəki artıq piyləri götüzdürmüşəm. Ona görə gen paltarlar geyinirdim. Mənə heç vaxt enli paltar yaraşmayıb. Şoudan 1 həftə öncə əməliyyat olmuşdum, dar paltarda sümüklərim ağrıyırdı. Geniş geyim maşından çıxmağa şərait yaratdı. Kompleks etmişdim, əlimlə gizlədirdim belimi, qarnımı. Bir də baxdım ki, əlimi çəkmişəm.

–  Şoudan sonra ailəniz sizə avtomobil hədiyyə etdi.
– Doğum günüm yaxınlaşır, mən 8 ildir ki, doğum günümü qeyd etmirəm. Bilirdim ki, mənə avtomobil alacaqlar. Şou bunu tezləşdirdi. Elə bildilər ki, pis olmuşam. Kədərlənmişəm. Amma əsla elə deyil. “Maşın”da iştirak etdiyim üçün şadam. Yenə təklif etsələr, gedərəm.

– Doğum gününüzü keçirməmə səbəbiniz hansısa inancınızdır?

– Demişəm ki, həmişə səmimi olacaq. Ad günü ərəfəsində ard-arda problemlər yaşadım, başıma pis hadisələr gəldi. Anam dedi ki, ad günün keçirmə. Ondan sonra qeyd etmirəm. Doğum gününü keçirməyəndən sonra işlərim yağ kimi getdi.

– Bir ara xəbər yayıldı ki, “Xəzər” televiziyasından ayrılmısınız. Hazırda yeni layihə varmı?
–  “Xəzərdən ayrılmamışam. İyulun 2-dən “Əlimin duzu”  adlı verilişə başlayacağam. Şou əhli yarışacaq, qalmaqallı veriliş olacaq. Həm əlinin duzunu yoxlayacağıq, həm də masadakı duzun dağılıb, dava salıb-salmadığını öyrənəcəyik. Həftədə 5 gün efirə gedəcək. Ilk qonağımız Tolik olacaq. Görək, əli düşərlidir, yoxsa yox.

– Hazırda küsülü olduğunu tanınmış sima var?

– Mən kinli deyiləm, tez unuduram. Illər öncə reper “Qurd” ilə çox pis dalaşmışdıq. Bir müddət  sonra tədbirdə qarşılaşdıq, görüşdük. Sonra yadıma düşdü ki, küsmüşəm. Sevmirəm bu xüsusiyyətimi. Amma “Maşın” şoudan sonra özümə qadağalar qoymuşam. Quyruğunu tapdalayanın quyruğunu tapdala , amma unutma.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …