AzNews.az xəbər verir ki, Hadisə şəxsi həyatı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Məşhur müğənni, “Mən bu bərabərliyi heç vaxt bitirmədim ki, ayrılıq da olsun. İkincisi mən anamın sağlamlığı ilə əlaqəli ciddi bir şey olsa onda konsertimi təxirə sala bilərəm. Onun xaricində heç vaxt. Bu il ailəmlə vaxt keçirəcəyəm. Düşünürəm 7 ildir ki, Yeni ildə ilk dəfə səhnədə olmayacağam. Bu da mənim üçün dəyişiklik olacaq və bunun həyəcanını yaşayıram. Evdə olacağıq. Söhbətlər, yeməklər, Yeni ili belə qarşılayacağıq”, – deyə bildirib.

Sənətçi Yeni il gecəsi səhnələrdə olduğuna görə aldığı pulun miqdarı ilə bağlı bunları deyib:

“Bu rəqəmlərlə bağlı xəbərləri oxuyanda gülürük. Məncə bütün həmkarlarım da gülür, çünki belə rəqəmlər yoxdur…Yeni il gecəsi və bayramlarda təbii ki, ailəmizdən uzaq olduğumuz üçün aldığımız pulun miqdarı çox olur, amma bu yazılan miqdar, 1 milyon TL tamamilə doğru deyil. Belə miqdarda pul alsaq böyük səhnələr qurula bilər. Səhnədə tək mən olmuram, 28 nəfərlə səyahət edirəm. Hamı da evinə çörək pulu aparır. Bu pul bir tort kimidir və bunu dilimlərə bölürük”.