Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Şou Biznes / Gənc müğənnidən şok sözlər: “Qadın yataqda fahişə olmalıdır”

Gənc müğənnidən şok sözlər: “Qadın yataqda fahişə olmalıdır”

Gənc müğənni Aygül Ağayeva AzNews.az saytına müsahibə verib.O, müsahibəsində yaradıcılığı və qarşıdakı planları barəsində danışıb.

– Aygül xanım, 2018-ci ilin 9 ayı geridə qalıb. Ümumilikdə bu ili sizin yaradıcılığınız üçün xarakterizə etmək olar?
– Əslində 2018-ci il mənim üçün gözləmə ili oldu. Əvəz Muradovun köməkliyi ilə mahnılarımızı yığdıq. Bir neçə mahnı var, onların üzərində iş gedir. Eyni zamanda bu il musiqi təhsilimi davam etdirdim. Səhhətimdə müəyyən problemlər var. Bu problemləri aradan qaldırmaq üçün ağır əməliyyat keçirməliyəm. İnşallah əməliyyat uğurla nəticələnər və mən içimdə olan böyük səhnə arzusunu 2019-cu ildə reallaşdıra bilərəm.
-İfa etdiyiniz mahnılar çoxluq tərəfindən bəyənilir. Bunun sirri nədədir?
– İlk mahnım Elza İbrahimovanın yazdığı “Bağışla məni” mahnısı olub. Bu mahnı Elza xanımın ölümündən öncə yazdığı son mahnısıdır. Allah ona rəhmət eləsin. Bu mahnını ifa edəndən sonra tanınmağa başladım. İndi bu mahnını yenidən oxumaq istəyirəm. İlk ifamda bir az naşılıq var idi. Ümid edirəm, yenidən oxusam, dinləyicilər tərəfindən bəyəniləcək.
– Amma qalmaqallı mahnı idi…
– Əslində mən onlara da haqq verirəm. Hamı istəyir ki, əsəri gündəmdə olan insan tərəfindən eşidilsin. Mən isə gündəmdə olan insan deyiləm.
– Flora xanımın qəlbinə necə yol tapmısınız?
– Flora xanım musiqinin allahıdır. Onun ifalarını daim dinləyirəm. Hər mahnını dinləyiciyə yaşatmağı bacaran Flora xanım, deyərdim ki, kəlməyə obraz verir. Cümlədən-cümləyə yox ha, kəlmədən kəlməyə obraza girir. Qısası, Flora xanımın ifası mənə həzz verir. Sənəti çox böyükdür.
– Necə tanış olmusunuz?
– Təsadüfən. Mən yerimi bilən insanam. Bir gün ARB-yə verlişə dəvət etmişdilər. Omrümdə ilk dəfə idi səhnəyə çıxırdım. Özü də çəkilişə gecikmişdim. Elə oldu ki, verilişə çıxan kimi dedilər mahnı oxumalısan. Flora xanım da həmin proqramda idi. Həyəcandan ayaqlarım biri-birinə dolaşdı. Fikrim mahnıda yox, Flora xanımın ifamı bəyənib-bəyənməyəcəyində idi. Bir anlıq özümü unutdum. İfam bitəndən sonra isə istər-istəməz məni ağlamaq tutdu. Beləcə, onunla münasibətim formalaşdı.
– Duet oxumağı düşünürsünüz?
– Flora xanım təbii ki qəbul etsə, ifamı onun ifasına uyğunlaşdıra bilsəm, düşünrəm ki, duet oxuyacağıq.
– Necə oldu ki, müğənni olmaq fikrinə düşdünüz?
– Mənə baxışlar var və mən hiss edirəm ki, bu baxışlarda yalnız bir sual var: “Bu xanım kimdir?” Sizə deyim: Aygül Ağayeva qətiyyətli biridir. Tutduğunu qoparan, məqsədi uğrunda çalışan, eyni zamanda sadə bir insandır.
Musiqiyə həvəsim uşaq yaşlarında formalaşıb. Sonradan anamın təkidi ilə bu istək ürəyimdə qalıb. Ali təhsil dalınca getmişəm. İlk təhsilimi Gəncədə, ikinci təhsilimi Bakı Dövlət Universitetində almışam. Hələ də oxuyuram (gülür). Ancaq tale elə gətirdi ki, beynimin bir hissəsində saxladığım musiqi həvəsi məni oxumağa vadar etdi. Peşəkar olaraq 1 il ərzində daha çox yol qət edə bilərdim. Ancaq səhəttim imkan vermir. Hədəfim var, qətiyyətim sayəsində o hədəfə doğru addımlar atıram. İnanıram ki, o hədəfə çatacağam. Ən böyük arzum isə səviyyəli mahnı oxuyan sənətkarlar arasında adımın çəkilməyidir. Ya bu olacaq, ya da mən öləcəyəm.
– Azərbaycan klassiklərini sevirsiniz?
– Əlbəttə. Evdə boş vaxtım olanda klassikləri dinləyirəm. Bu ifalar məni rahatlaşdırır, yeni yaradıcılığa sövq edir. Üzeyir Hacıbəyovu və digər klassikləri sevirəm.
– Şeir də yazırsınız?
– Şeir yox, roman yazmışam. Yazmağa çox həvəsli bir insanam. Çoxdan beynimdə belə bir fikir var idi ki, roman yazım. Günlər keçdi, boş vaxt tapdım və “Səni ürəyim sevdi” romanını yazdım. Amma düşünürəm, görəsən bəyəniləcəkmi? Ədəbi təndiqçi Vidadi Babanlıya müraciət etdim. O da yoldaşı Hafizə xanım oxuyandan sonra romana rəy verəcəyini dedi. Hafizə xanım romanı oxuyandan sonra çox təsirlənmişdi. Beləcə, romanım işıq üzü gördü. Hətta 3 dəfə yenidən çap olundu. Bu, məni yeni əsərlər yazmağa daha da həvəsləndirdi. İndi daha bir romanım çapa hazırdır. Hətta üçüncü romandan da 150 səhifə yazmışam.
– Həm də inadkarsınız..
– Bəli, çox inadkaram.
– İlk iş yeriniz hara olub?
– Maddi vəziyyətimin düzəlməsi məni daim düşündürüb. Əslində anamı incitmək istəmədim. O, məni çox əziyyətlə saxlayıb. 16 yaşındna sonra anamdan pul almağı dayandırdım. İlk iş yerim Gəncədə olsa da sonradan “Xalq” qəzetində çalışmışam. Bu qəzetə də sırf təsadüf nəticəsində getmişəm. Deməli, “Müxalifət” qəzetində çalışırdım. Tədbirlərin birində bir müəllimi “asıb-kəsirdilər”. Mən müəllimi müdafiə etdim. Mahal müəllim də orda idi. Tədbirdən sonra mənə dedi ki, “ay qara qız, bizim qəzetə işə gəl”. 2 il orada işlədim. Sonra AZTV-də Həftə Proqramında çalışmışam.
– Nəsildə-kökdə oxuyan var?
– Anamın gözəl səsi var, ancaq oxumur. Uşaqlığımla bağlı bir xatirəni sizlə bölüşmək istəyirəm. Aşırı dərəcədə məhəbbətim var idi ki, pianoda ifa edim. Qonşuda da piano var idi. Mən hər dəfə bəhanə axtarırdım ki, onlara gedim. İfa etməyi bilməsəm də pianoya toxunmaq istəyirdim. Qonşunun qızı da mən bunlara gedəndə piano otağını bağlayırdı. Özü musiqiyə gedirdi. 7 il getdi, heç notları da bilmir.
– Hansı rəngi daha çox sevirsiniz?
– Qara və bənövşəyi rənglərini çox sevirəm. Yaşıl məni çox çirkin göstərir. Qara və küpurlu paltarları sevirəm. Geyinəndə diqqət mərkəzində olmaqdan xoşum gəlir. Bu gün bu müsahibəyə gələndə də geyimlə bağlı tərəddüd etmədim. Düzdü, qara rəngdə geyinməmişəm, ancaq düşünürəm, qara raltarda daha gözəl görünürəm.
– Bu qədər iş çoxluğu ilə özünüzə necə vaxt ayırırsınız?
– Hər işimin dalınca özüm gedirəm, heç kimə güvənə bilmirəm. Mahnıların yazılması, uşağın təhsili və digər işlər… gün ərzində yarım saat evdə idman edirəm, forma üçün. Qalan vaxtlarda isə musiqi də dinləyirəm və beləcə, bir də görürəm gün sona çatdı.
– Sizcə, ideal qadın necə olmalıdır?
– Kitabımda bir fikir var: “18+” olsa da bunu demək istəyirəm. Mən düşünürəm ki, qadın mətbəxdə mükəmməl aşbaz, xəstənin başında gözəl tibb bacısı, Tereza kimi olmalıdır. Qadın dinləyərkən çox möhkəm sirdaş olmalıdır. Qadın çox gözəl dost olmaldır. Və ən nəhayəti, qadın yataqda fahişə olmalıdır.
– Sizdə bu özgüvən hardan formalaşıb?
– Bu özgüvəni mənə anam verib.
– Toylara gedirsiniz?
– Xeyr, getmək istəmirəm. İndi baxıram, toy müğənniləri 3 not üzərində mahnı oxuyurlar. O mahnı mənə milyard da qazandırsa, mən onu oxuya bilmərəm.
– Rayona bağlı adamsınız?
– Çox. Anam orda yaşayır. Bu üzdən hər yay rayonda oluruq. Ancaq özümə söz vermişəm ki, bu yay getməyim. Burada görüləcək işlərim çoxdur.
– Aygül Ağayeva sizin gözünüzdə kimdir?
– Qətiyyətli, sadə bir insan. Ancaq səmimi deyim ki, sovet vaxtı olsaydı, müəllim olardım. Birdən-birə səsim batsa, ayaqlarım, əlim şikəst olsa, onda mən alver sahəsində özümü sınaya bilərəm.
– Xalq mahnılarını da sevirsiniz…
– Bəli, repertuarımda önəmli yer tutur.
– Müəllimlərə həsr etdiyiniz mahnı da geniş dinləyici tərəfindən bəyənildi.
– “Bağışla məni” şah əsərimdir. Müəllimlərə bir borcum var idi. Çünki anam da müəllimə olub. Bu mahnını oxudum və alındı. Gələn il klip çəkiləcək.
– Bayaq mənə maraqlı qaldı, dediniz yeni romanınınız hazırdır. Bu romanın sujet xətti nədir?
– Yeni romanın adı “Məhşur adamın məşuqəsi”adlanır. Həyatdan götürülüb. Ancaq mən bir az rəng qatmışam, “18+” səhnələr də var. Bir qadının həyatından bəhs edir.
– Qadını dediniz, bəs ideal kişi sizcə necə olmalıdır?
– Mənim nəzərimdə kişi adı, kişi çəkisi çox ağırdır. Kişi dürüst, mənlikli və qürürlu olmalıdır. Kim kişini pulu ilə ölçürsə, o, məntiqsiz adamdır. Mənim fikrimcə, kişilər qocalmır. Hətta mən 65-70 yaşlarında kişi görəndə elə olub, ürəyimdə düşünmüşəm ki, nə gözəl kişidir. Düşünməmişəm ki, nə gözəl babadır filan…

image description
image description
image description

VIPedu.BIZ

Həmçinin oxuyun

“Maşın Şou”da qalmaqal: İştirakçılardan biri verilişi tərk etdi (VİDEO)

“Maşın Şou”da maraqlı anlar yaşanıb. Qaynarinfo xəbər verir ki, Mənsur Şərifov şounu tərk edib. Digər …