Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Flora Kərimova Zeynəb Xanlarovanı yıxıb sürüdü: “Çox xoruz buraxır”

Flora Kərimova Zeynəb Xanlarovanı yıxıb sürüdü: “Çox xoruz buraxır”

“Mənim efirdən uzaqlaşdırılmağıma səbəb Zeynəb Xanlarova olub”.

Bunu iki ildən sonra efir qadağası aradan qaldırılan xalq artisti Flora Kərimova Sfera.az-a açıqlamasında deyib.

Xalq artisti qadağa ləğv olunan kimi efirlərə geri qayıtdığını bildirib:

“Öz ənənəsinə sadiq olaraq məni ilk dəfə televiziyaya ATV telekanalı çağırdı. İlk qonağı olduğum veriliş “Onlar” oldu. “Ondan sonra” verilişinə də qonaq oldum. Bəli, mənə efir qadağasının qoyulmasına səbəb Zeynəb Xanlarova olub. Mən onu nə müğənni sayıram, nə də milləti təmsil edən millət vəkili sayıram. Mən yenə soruşuram o savadsızlığı ilə necə olur ki, gündə bir rəy söyləyir və hələ də öz işinə davam edir? Savadı olmayan, siyasətdən başı çıxmayan bir adam indiyə kimi millət vəkilidir. O, özündən başqa heç kimi düşünmür. Mən həmişə həqiqəti deyirəm və bundan çəkinmirəm. Onun Milli Məclisdə heç bir işi yoxdur, savadsızdır. Mən düşünürəm ki, millətim savadsız siyasətçiləri siyasətdən uzaqlaşdıracaq. Mən istəmirəm ki, mənim millətim savadsız millət vəkilləri ilə biabır olsun. Mən artıq bu savadsızlardan yorulmuşam. Demək istəyirəm ki, ayağını yorğanına görə uzatsın, yoxsa ayağı yorğandan bayırda qalar”.

“Xoruz” söhbəti

 

Qeyd edək ki, bundan əvvəl də Flora xanım həmkarını bərk tənqid etmiş, onu “çox xoruz buraxmaqda” ittiham etmişdi. Müğənnin fikrincə, Zeynəb Xanlarova səhnəyə mədəniyyət gətirə bilməyən və çörəyi dizinin üstündə olan birisidir.

 

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …