Cümə , Yanvar 18 2019
Ana səhifə / Şou Biznes / Emil “O səs Türkiyə”dən QOVULDU – Efirdə etdiyi bu səhvə görə

Emil “O səs Türkiyə”dən QOVULDU – Efirdə etdiyi bu səhvə görə

Bilet və orada qalmaq üçün xərcləri özüm çəkmişdim. Ora axın çox olduğu üçün bunu özümüz etməli olduq.

Moderator.az xəbər verir ki, bunu “O səs Türkiyə”dən qovulması ilə bağlı danışarkən əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu “Hər şey daxil”də deyib.

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Emilin Elgizin aparıcısı olduğu “Səhər-Səhər” proqramında müsabiqənin şərtlərindən kənara çıxdığı üçün yarışdan kənarlaşdırıldığını bildirib.

Emil “Elgiz sual verdi ki, hansı münsif ifana döndü? Mən də dedim Seda Sayan” sözləri ilə müsabiqənin gizlilik prinsipini pozduğunu etiraf edib.

Tolik isə Emilin yarışdan kənarlaşdırılmasında əsas günahkar kimi Elgizi göstərib:

“Birgünlük özünüzü reklam etməklə insanın bəlkə də xəyalları olan bir şeyi əlindən aldınız. Onsuz da, həmin gün verlişiniz reytinq vermədi. Ondan qabaq Emil mənim verilişimdə qonaq idi. Bəs mən onu niyə soruşmadım efirdə Emildən?!

Emili istəməyənlərdən biri verilişdən onun dediyini götürüb göndərib “O səs Türkiyə” təşkilatçılarına. Onlar da Emili oradan uzaqlaşdırıblar, biləsiniz. Məndə səs yazısı var”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Burak Özçivit 300 min dollara zəngin qadınlarla yemək yedi – VİDEO

Türkiyənin məşhur aktyoru, qadınların sevimlisi Burak Özçivit Küveytdə axşam yeməyinə dəvət alıb. NTV-nin məlumatına görə, Küveyt paytaxtında …