Şənbə , Dekabr 15 2018
Ana səhifə / Şou Biznes / Elza – Kərim davası qızışdı: “Elza xala, get, başqa yerdə oyna”

Elza – Kərim davası qızışdı: “Elza xala, get, başqa yerdə oyna”

Müğənni Kərimlə əməkdar artist Elza Seyidcahan arasında qalmaqal böyüyür.
İki gün əvvəl xalq artisti Rasim Balayevin Elza barədə söylədiklərini “İnstagram” hesabında paylaşan Kərim indi də Toliklə fotosunu yayaraq, Seyidcahanı qıcıqlandrmaqdan qalmır.
Yenicag.az xəbər verir ki, Kərim prodüserlə fotosunu “Əslində niyyətim haqqımı qorumaq idi. Heç kəs göbələk deyil ki, kimsə onu döydürsün. Hər kəs həddini bilsə yaxşı olar. Ağıllı ol, Elzaaaa” şərhi ilə paylaşıb.
Şərhdən də belə görünür ki, Kərim dünən “Hər şey daxil” verilişində Tolikin Seyidcahan tərəfindən polisə verilməsi ilə bağlı açıqlamasını nəzərdə tutur.
Tolik həmin verilişdə bildirmişdi ki, Seyidcahan Damlanın fanatları tərəfindən ölümlə hədələndiyini, eyni zamanda, onun bu məsələ ilə bağlı fikirlərini əsas gətirərək, polisə şikayət ərizəsi yazıb. Buna görə Tolik polis bölməsinə çağrılıb.
Onu da xatırladaq ki, iki gün əvvəl Kərim “İnstaqram” hesabında Elzanın Rasim Balayevlə fotosunu və aktyorun fikirlərini paylaşıb. Kərim əməkdar artistin ünvanına təhqiramiz ifadələr yazaraq, onu məhkəməyə verəcəyini bildirib:
“Sizə Elzanın məni döydürməklə hədələməsindən danışım. Siz baxın, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi.
Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, məni döydürmək hətta sənin əcdadının başı üçün deyil. Bir az “xodunnan” al, get, başqa yerdə oyna”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Maşın Şou”nun bütün videolarına harada baxmaq olar? – VİDEO

Dünən Azərbaycanın ən gözlənilən televiziya layihəsi olan “Maşın Şou” start götürub. Layihəyə Oxu.Az-la birlikdə Baku.tv videoportalı da informasiya …