Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Şou Biznes / Efirdə növbəti biabırçılıq – Yenə Rövşanənin verilişində

Efirdə növbəti biabırçılıq – Yenə Rövşanənin verilişində

ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramında böyük bir qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi verilişdə idmançı Taleh Qəhrəmanovla rəqqasə Simona Əmir arasında əlbəyaxa dava olub. 

Buna səbəb isə rəqqasənin çıxışı zamanı idmançının qulaqcıq taxaraq mahnıya qulaq asması olub.  O, oriyental rəqsi bəyənmədiyini, Simonaya baxmaq istəmədiyini bildirib.

Rəqqasə isə Talehin tərbiyəsiz olduğunu söyləyib. Onun bu addımı Talehi özündən çıxarıb və Simonun üstünə suyu töküb. Bu isə tərəflər arasında davaya səbəb olub.

Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.  Hər kəs qonaqlardan çox aparıcı Rövşanəni tənqid edib. Özünü hər dəfə filologiya elmləri namizədi kimi təqdim edən aparıcının efirdə süni şou yaratması, reytinq üçün qonaqlar arasında münaqişəyə yol verməsi izləyiciləri əsəbiləşdirib.

Tez-tez müsahibələrində peşəkarlıqdan bəhs edən Rövşanənin proqramının son buraxılışları bayağı qalmaqal üzərində qurulub.

Çoxlarının tanımadığı, ancaq qalmaqallarına görə gündəmə gələn “məşhur”ları efirə çıxararaq reytinq yığan məşhur hər dəfə mediada və sosial şəbəkələrdə sərt tənqid olunur. Ağasəfqızı isə reaksiyalardan nəinki nəticə çıxarır, səbəb olduğu süni şou ilə tamaşaçıları daha da təəcübləndirir.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Maşın şou”dan maraqlı tanıtım çarxı – “hind kinosu” (VİDEO)

“Maşın” realiti şousunun tanıtım çarxı yayımlanıb. Unikal.org-un məlumatına görə, oyunun bu dəfəki sloqanı “hind kinosu” …