Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Dövlət qulluqçularının etik davranışında çoxlu problem var”

“Dövlət qulluqçularının etik davranışında çoxlu problem var”

“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin son variantını Nazirlər Kabinetinə təqdim etmişik. Belə məcəllə səhv etmirəmsə iki və ya üç ölkədə var. Biz istəyirik ki, Azərbaycanında da Dövlət Qulluğu Məcəlləsi olsun”.

APA-nın xəbərinə görə bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiya sədri bildirib ki, məcəllə qəbul olunacağı təqdirdə Dövlət Qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq.

B. Xəlilov qeyd edib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə bəzi dövlət orqanları ciddi yanaşmayıb: “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hətta inkişaf etmiş ölkələrdə risklə qarşılanır. Biz bu işin vacibliyini nəzərə alıb təlimlər keçirdik və Azərbaycana uyğun olan təcrübəni tətbiq etdik. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları 2011-ci ildə təsdiqlənib. Bu işdə müəyyən qədər subyektivlik var. Hazırda bütün dövlət orqanlarında qiymətləndirmə aparılır. Hansı dövlət orqanları bu işə ciddi yanaşıb, hansı ciddi yanaşmayıb bu barədə mənim məlumatım var. Adını açıqlamayacağam, bir icra hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin ən aşağı qiyməti 5 ballıq sistemdə 4,6 balla qiymətləndirilmişdi. Bu, qeyri-mümkündür. Deməli, onlar bu işə ciddi yanaşmayıblar. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi asan məsələ deyil. Bu bizə ilk növbədə dövlət qulluqçularının güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə isə karyera yüksəlişi üçün vasitədir. Bu işdə kimin kimdənsə xoşu gəlmir prinsipi ilə hərəkət etmək olmaz”.

Komissiya sədri onu da əlavə edib ki, dövlət qulluğu sahəsində etik davranışla bağlı müəyyən problemlər var: “Biz vətəndaşlara xidməti yüksək səviyyədə göstərməliyik. Dövlət qulluğu ilə bağlı standartlar var və hər kəs bu standartlara əməl etməlidir. Vətəndaşlar xidmətdən məmnun qalmalıdır. Təəssüf ki, bu məsələdə çoxlu problemlər var. İnanıram ki, gələcəkdə bu sahədə problemlər azalacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın