Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Dostlarımın Hülyadan xoşu gəlirdi…” – Avşar qızının ərindən ilginc açıqlamalar

“Dostlarımın Hülyadan xoşu gəlirdi…” – Avşar qızının ərindən ilginc açıqlamalar

Türkiyəli müğənni Hülya Avşarın keçmiş əri Kaya Çilingiroğlu qonaq olduğu verilişdə maraqlı açıqlamalarla çıxış edib.
Ölkə.az xəbər verir ki, o, Hülyanın çox gözəl qadın olduğunu, boşandıqdan sonra bəzi dostlarının onunla görüşmək istədiyini deyib.
Keçmiş həyat yoldaşı ilə dost olduğunu deyən Çilingiroğlu sözlərinə bunları əlavə edib: “Biz Hülya ilə ayrılandan sonra mənim ətrafımdan bəziləri onunla görüşmək istəyib. Mən də sonradan eşitdim. İndi həmin şəxslərlə görüşmürəm, danışmıram. Salam-sağ ol etmək ayrı bir şeydir, amma biz onların evinə getmişik, onlar bizim evimizə gəliblər. Onların Hülyaya bu gözlə baxması, bu mənada yanaşmasını bağışlaya bilməzdim. Onlarla münasibətimi saxlamaqdan söhbət belə gedə bilməz. Yəni mən evli ikən, onlar mənim həyat yoldaşıma başqa gözlə baxıb”.
Avşar qızıyla boşanmalarından danışan Kaya Hülya ilə evlilikdə xoşbəxt olduğunu deyib: “Hülya əyləncəli qadın idi. Zəhra olandan sonra isə özünü ona həsr etdi. İşini belə ona görə qururdur. Ondan sonra əyləncəsi bitdi. Daha sonra iş qadını oldu. Biz Hülya ilə bir-birimizdən qopmuşduq. Bu gün olmasa da, 6 ay sonra boşanacaqdıq. Son dövrlərdə yemək yeməyə belə başqa maşınlarda gedirdik. İndi Hülya ilə çox yaxşı dostuq. Belə ola biləcəyimizi bilsəydim, əvvəlcədən boşanardım”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …