Cənazə qəbirə qoyulduqdan sonra molla mərhumun oğlunu da ora saldı və… – ŞOK HADİSƏ

Dünən rayonların birində yaxın bir adamın cənazə mərasiminə qatılmışdım. Mərasim boyu müşahidə etdiyim məntiqə sığmayan adətlər məni dəhşətə gətirdi. Belə ki, cənazə qəbirə qoyulduqdan sonra molla mərhumun oğlunu qəbirə saldı və məzarın üstünü də parça ilə örtdü (!).
Qaranlıq məzarda, qapalı şəraitdə meyidlə təkbə-tək qalan gəncin halını molla dərk etməsə də yəqin siz təsəvvür edərsiniz. Molla qəbrin başında dayanaraq içəridəki oğlana göstərişlər verməyə başladı: baş hissəsindən kəfəni aç və mərhumun üzünü bayıra çıxar (?); qəbirdən torpaq götür, mərhumun sifətinin altına qoy (?)…
Sanki, qəbirin içi  torpaqdan deyil və nə kəfən, nə də sifət heç vaxt çürüməyəcək. Bunu dərk etmək molla üçün bu qədərmi çətindir?
Nəhayət, mollanın bu mənasız və məntiqsiz tapşırıqları qurtarandan sonra qəbirin üzərinə sərilmiş örtük götürüldü. Yaxınlaşıb məzara baxanda oradakı iki nəfərdən hansının ölü, hansının diri olduğunu ayırmaqda çətinlik çəkdim. Oğulanın sifətinin rəngi mərhumun sifətindən betər saralmışdı. Əynində paltar olmasaydı onları ayırmaq olmazdı (!).
Mollanın məntiqsiz hərəkətləri bununla da bitmədi. Sonra başladı meyidə İslam qanunlarını və şəriyəti izah etməyə (?). (Ruslar buna “zakon tolkavat” eləmək deyirlər.)
Bu ona bənzəyir ki, müstəntiq bir məzarın başında dayanıb ölüyə “izah” edir ki, oğurluq etsən filan maddə ilə, kiməsə tcavüz etsən bəhmən maddə ilə ittiham olunacaqsan və sənə bu qədər iş veriləcək (?).
Məgər bu insanlar dərk etmirlərmi ki, məzara qoyulan ölü bundan sonra orada oğurluq edəsi və yaxud kiməsə təcavüz edəsi deyil?! Yaxşı olmazmı bütün bunları insanlara diri vaxtı izah edəsiniz və bu cür günahlardan çəkindirəsiniz. Yoxsa diriyə cəsarətiniz çatmır, ancaq ölüyə “zakon tolkavat” eləyirsiz?! İndi yadınıza düşdümü bunu izah etməkdə üzərinizə məsuliyyət düşdüyünü?
Bütün bunları gördükcə beynimdə düşünürdüm ki, bunlar niyə belə tərsinə iş görürlər? Bunu necə izah etmək olar?
Nəhayət, mərasimin sonunda mənə hər şey aydın oldu. Molla bu (məntiqsiz) hərəkətlərinə görə mərhumun varislərindən əlli manat (bir neçə saat  üçün)   pul aldı. Başa düşdüm ki, ayının min oyunu bir armudun başında olduğu kimi, mollanın da oyunları bu əlli manatın başındaimiş. Yəni,  mollalar bu kimi məsələləri dirilərə izah edəndə buna görə onlara bir qəpik pul verən olmur. Amma, ölüyə “tolkavat” edəndə sahibindən nəsə qoparmaq olur. Həm də dirilərin “tolkavat” edəni başqadır axı…
Zdrave universal kremi zdrave forte