Xəbər verdiyimiz kimi, İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib. Sözügedən siyahıda bir-birindən fərqli səslərə rast gəlmək mümkündür. Onlar arasında “Səs Azərbaycan” mahnı müsabiqəsi ilə populyarlaşan simaları üstünlük təşkil edir.
“Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” “Qafqazinfo”ya müsabiqəyə namizəd olan 10 məşhurun adını təqdim edib.
“Səs Azərbaycan”ın qalibi, AzTV-nin solisti Emiliya Yaqubova
Bir neçə dəfə “Eurovision” milli seçim turlarında iştirak edən müğənni Məryəm Şabanova
“Səs Azərbaycan”ın finalisti, müğənni Samirə Əfəndiyeva
“Səs Azərbaycan” layihəsi ilə tanınan Vlada Axundova
“O səs Türkiyə” və “Səs Azərbaycan” müsabiqələrində iştirak edən Ruslan Alışan
MTV-də “3 canlı” proqramının aparıcısı, “Səs Azərbaycan” iştirakçısı Tofiq Hacıyev
Rauf və Faiq Mirzəyev əkiz qardaşları- Onlar Azərbaycan ictimaiyyətinə yad olsalar da, Rusiyada kifayət qədər populyardırlar.
“Səs Azərbaycan” müsabiqəsinin finalisti Hüseyn Abdullayev
Gənc ifaçı Altun Zeynallı
Gənc ifaçı Sərxan Cəfərov