Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Şou Biznes / Boşandıqdan sonra Demet Akalından ilk – Açıqlama

Boşandıqdan sonra Demet Akalından ilk – Açıqlama

Əri Okan Kurtdan formal şəkildə boşandığı iddia edilən müğənni Demet Akalın ilk açıqlamasını verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Okanın şirkətinin 150 milyon lirə borcu yaranmış və bu səbəbdən cütlüyün Beykozdakı villasında əşyalar müsadirə olunmuşdu. Müsadirə səbəbindən çətin günlər yaşayan Akalın Kurtdan boşanmaq qərarına gəlib. Ancaq sosial şəbəkədə ayrılıq qərarının Okanın borcları üzündən formal xarakter daşıması iddiaları yayılıb.

Demet iddialara elə sosial şəbəkədən cavab verib. Müğənni evinin otaqlarından birinin qaynı tərəfindən ofis kimi istifadə edildiyini yazıb:

“Mənim evim qardaşının ofisi imiş. Qızımın otağını da ələ keçirməyi düşünüblər. Nə deyim? Hər kəs hər şeyi fikirləşə bilər. Problem deyil. Mənə sevənlərimin duası bəsdir. Sağ olun”.

 


Həmçinin oxuyun

“Vəhşi kişiləri sevirəm” – Təranə Qumral

Müğənni Təranə Qumral televiziya verilişlərinin birində qonaq olarkən kişilərin ünvanına işlətdiyi ifadə hər kəsi şoka …