Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda hind filmi çəkildi – Tanınmış aktrisa da rol alıb

Bakıda hind filmi çəkildi – Tanınmış aktrisa da rol alıb

Azərbaycanda “Viktor 2” adlı hind filminin çəkilişləri baş tutub.  “Qafqazinfo” xəbər verir ki, ekran işinin musiqisinə çəkilən klip Dağüstü park, Fəvvarələr Meydanında lentə alınıb. 

Filmin qəhrəmanı, aktrisa-model Asmita Sood instaqram səhifəsində paytaxtdan fotolar paylaşıb, çəkiliş üçün Bakıda olduğunu qeyd edib. O, daha sonra kinodan bir dəqiqəlik görüntünü sosial şəbəkədə yayıb.

Bu məqamda bildirək ki, layihənin təqdimatı ötən gün Hindistanda baş tutub.

 



Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …