Ana səhifə / Şou Biznes / Azərbaycanlı model bakirəliyini 2.4 milyon avroya satdı

Azərbaycanlı model bakirəliyini 2.4 milyon avroya satdı

Azərbaycanlı model Məhbubə Məmmədzadə bildirib ki, satışa çıxardığı bakirəliyinə alıcı tapıb.

Musavat.com lenta.ru saytına istinadən xəbər verir ki, model artıq bunun üçün avans da alıb. Alıcı ona 2.4 milyon avro ödəyəcək. Qız bakirəliyini satışa çıxarması ilə bağlı elanı ötən ilin avqustunda Cinderella Escorts saytında yerləşdirib. Bununla yanaşı, elanda göstərilir ki, model qız ona ayda 30 min avro məbləğində xərc qoyacaq kişi axtarır. 23 yaşlı Məmmədzadə bildirib ki, o, bu addımı anasına görə atıb: “Bu günə qədər anam mənim üçün hər şey edib. İndi növbə mənimdir. Onun mənlə fəxr etməsi üçün hər şeyi edəcəm”. 

Fevral ayının bu günlərində auksion yekunlaşıb. Alıcı Tokiodan olan yapon siyasətçi olub. Saytın hesablamalarına görə, yapon siyasətçidən cüzi miqdarda az vəsaiti Londondan olan vəkil təklif edib. Üçüncü alıcı namizədi isə Münxendən olan futbolçu olub. 

Məmmədzadə alıcı ilə Almaniyadakı bir oteldə görüşəcək. Qeyd edilir ki, həmin oteldə bu sayaq xidmət leqal sayılır. Alıcı artıq ümumi məbləğin 10 faizini avans olaraq ödəyib. 

Saytın yazdığına görə, Məmmədzadə tibbi müayinədən keçib və onun bakirəliyi sübut edilib. Qızın bakirəliyi üçün təklif olunan məbləğin 20 faizini sayt özünə götürəcək. O, ödəniləcək məbləği özünə və anasına ev almağa, Amerikaya köçməyə, model karyerasını davam etməyə və Azərbaycanda itlər üçün sığınacaq açmağa xərcləyəcək.

Hazırda qız Türkiyədə yaşayır. 2018-ci ildə o, qonşu ölkənjn moda nümayişi olan Land of the Legends’də iştirak edib və podiumda aktrisa Paris Hiltonun arxasınca gedib.

Ä°lgili resim
Ä°lgili resim

Musavat.com

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …