Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Azərbaycanın Vanqası” Könül Xasıyevanı müalicə edir

“Azərbaycanın Vanqası” Könül Xasıyevanı müalicə edir

Xalq artisti konsertə hazırlaşır

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyevadan xəbər var. Belə ki, xanəndə “Azərbaycanın Vanqası” adlandırılan Nuridə Qurbanovanın evində müalicəyə başlayıb. Bu barədə şairə Nazilə Səfərli sosial şəbəkələrdə foto və məlumatlar paylaşıb.

“Hal-hazırda fenomen insan, şəfalı əlləri ilə insanlara çarə olan Nuridə Qurbanovanın evindəyik. Könül Xasıyeva müalicə olunur. Bir azdan canlı yayıma gələcəyik. Gözləyin, çox gözəl mənzərə ilə qarşılaşaqsınız. Nuridə xanımın öz sözünü də sizə çatdırım. O deyir ki, ”mən sadəcə vasitəçiyəm, şəfanı Allah verir”, – deyə o bildirib.

Image result for Nuridə Qurbanova

Daha sonra sosial şəbəkədə canlı yayıma çıxan xalq artisti keçirəcəyi konsertin adını açıqlayıb: “Nazilə Səfərlinin bir şeir var: ”Yazın səsimizi a səs yazanlar, O səsi sizlərdən istəyəcəklər. Vaxt gəlib dünyadan biz köç edəndə, Yazılmış səsləri bəsləyəcəklər”. Bu çox böyük sözdür. Mən bu sözü bu günlərdə yaşadım – özü çox dərinliklə. Nuridə xanım solo konsertə dəstək olacaq. Mən də deyirəm ki, ay Nazilə xanım, konsertin adını elə belə qoyaq – “Yazın səsimizi”. Müvəqqəti dünyadır…”

Xatırladaq ki, bu günlərdə Heydər Əliyev Fondunun prezidenti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə fon tərəfindən xalq artistinə ev hədiyyə olunub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …