Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan da Dolma Festivalı keçirir

Azərbaycan da Dolma Festivalı keçirir

300-cən dolma növü…

İyulun 1-də Abşeron rayonu ərazisində Beynəlxalq Dolma Festivalı keçiriləcək.

Bu haqda AzadlıqRadiosuna Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovməlumat verib. Onun sözlərinə görə, festivalda 300-ə yaxın dolma növü sərgilənəcək.

Tədbirin təşkilatçısı Mədəniyyət, Turizm Nazirliyi, Abşeron rayon icra hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzidir.

Hazırda festivala hazırlıq gedir. Tədbirə türkdilli ölkələrlə yanaşı, başqa ölkələr də qatılacaq.

Milli Kulinariya Mərkəzinin məlumatına görə, dolma Azərbaycanda ən çox yayılmış milli xörəklərdəndir və bu ölkədə dolmanın 50-yə yaxın növü bişirilir.

Mayda Ermənistanda da dolma festivalı keçirilmiş, 23 metrlik dolma nümayiş olunmuşdu.

Mayın əvvəlində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır. 

Ermənistan Azərbaycanın bu istəyini tənqid edib. Ermənistanın mədəniyyət naziri Hasmik Pogosyan deyib ki, Azərbaycan UNESCO-nu “siyasi döyüş meydanına” çevirmək istəyir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın