Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Şou Biznes / Azərbaycanlı aktrisa Türkiyədə məşhur seriala çəkilir – Video

Azərbaycanlı aktrisa Türkiyədə məşhur seriala çəkilir – Video

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı gənc yazar və aktrisa Gülay Hüseynova “Star” televiziyasında başlayacaq “Kalbimin sultanı” adlı serialda rol almağa başlayıb. 

Musavat.com-a açıqlamasında aktrisa obrazından, ekran işinin yaradıcı heyətindən söhbət açıb:

“Kalbimin sultanı” türk-rus ortaq istehsalı bir serialdır. Layihənin supervayzeri Hollivud rejissoru Bobby Roth-dur. O, “Prison Break”, “Lost” kimi dünyaca populyar serialların rejissoru olub. Əsas rolların yarısını türklər, yarısını ruslar təşkil edir. Mənə təklif isə, serialın rejissoru Kerem Çakıroğlundan gəldi. Kerem bəyin daha öncəki işlərini çox bəyəndiyim üçün birlikdə çalışmaq istədiyim bir rejissor idi. Bu səbəbdən də, təklifi sevə-sevə qəbul etdim və çəkilişlərə qatıldım. Oktyabr ayında çəkilişlər başladı, mən artıq seçilmədiyimi düşünürdüm ki, prodakşından gözlənilən zəng gəldi. Müqaviləmizi imzaladıq, bədən ölçülərim götürüldü, kostyumlar hazırlandı, saçlarım tünd rəngə boyandı. Noyabr ayında setə girdim. Və əlbəttə, türk-rus ortaq layihəsində aktrisalığımla yanaşı həm rus, həm də türk dilini mükəmməl bilməyim önəmli bir üstünlük olduğu üçün məni seçdilər deyə düşünürəm. Obrazımın adı Reyhan Kalfadır. Reyhan Esma Sultanın baş kalfası və tək sadiq sirdaşıdır. Çəkilişlərimiz İzmitdə olur. İzmitin havası da İstanbuldan soyuqdur. Buna baxmayaraq, biz qış boyu ipək, tüllü kostyumlarda çəkilişlərdə olurduq. Serialın müddətinə gəlincə, türk ssenarisi ilə hər biri 150 dəqiqə olmaqla, 8 bölüm tam hazır vəziyyətdədir. Rusiyada isə, hər bölüm 50 dəqiqədən planlaşdırıldığına görə, 24 bölüm rusca dublyajla “Birinci kanal” üçün hazırdır. Eyni zamanda layihənin dünyaya satışı da başlayıb və 44 ölkə ilə müqavilə imzalanıb. Ciddi maliyyə vəsaiti ayrılmış, iddialı bir serialdır. Bu serialın uzun ömürlü olmasını, əlbəttə ki, çox istəyirəm. Çünki 3 ilə yaxındır İstanbulda yaşayıram və bu günə kimi gələn bir çox serial və film təkliflərinə yox demişəm. Yaxşı ssenari, yaxşı rol və yaxşı komanda hər zaman olmur. Üstəlik beynəlxalq bir layihədir. Qısacası, belə bir komanda ilə təcrübə mənim üçün önəmlidir. Yolumuz açıq, reytinqimiz bol olsun!”

Qeyd edək ki, ekran işinin ilk bölümü iyunun 13-ü Bakı vaxtı ilə 21:00-da yayımlanacaq.

Xatırladaq ki, Gülay “P.S: Zaten boyun da küçüktü”, “Ve bir Americano” kitablarının müəllifidir. Onun kitabları Türkiyədə bestseller olub.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu ilə Yeganə arasında QALMAQAL: Eyni musiqi iki ifaçıya satılıb? – VİDEO

Populyar müğənni Yeganə Mürsəlovanın yeni yazdırdığı “Sən də yanarsan” mahnısı ajiotaja və müzakirələrə səbəb olub. …