Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Aysel “Space”dən getdi

Aysel “Space”dən getdi

Aparıcı Aysel Nazim “Space” telekanalından ayrılıb.

Musavat.com-a açıqlama verən aparıcı getmə səbəbini belə açıqlayıb: “Space”də mənə olan münasibət çox yaxşı idi. 3 veriliş aparırdım. Istədiyim şərait də mənə yaradılırdı. Dostcasına ayrılmışam. Yeni işlərim var. Həm prodüser kimi, həm aparıcı kimi fəaliyyətimi davam etdirirəm. Məşhur bir türkiyəli  müğənninin konsertinin təşkilatçılığı ilə məşğul olacağam. Açıqlamayacağam, sürpriz olsun. Yeni mövsümdə isə yeni telekanalda, maraqlı layihə ilə tamaşaçıların görüşünə gələcəyəm. Hazırda isə istirahət haqqında düşünürəm”.

Qeyd edək ki, Aysel Nazim “Space”də “Aysellə kokteyl”, “İdman hamı üçün“ və hava proqnozunu təqdim edirdi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …