Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Aysel Nazim: “Məşhur müğənni mənə evlənmə təklif etdi” – FOTOLAR

Aysel Nazim: “Məşhur müğənni mənə evlənmə təklif etdi” – FOTOLAR

Aktrisa-aparıcı Aysel Nazim yay planlarını açıqlayıb.

Musavat.com-a açıqlama verən sənətçi deyib ki, doğum gününü qeyd etdikdən sonra Türkiyəyə yola düşəcək: “Iyulun 10-da “Aysel ilə kokteyl” proqramının sonuncu buraxılışını təhvil verib, istirahətə yollanacağam. Bu il mənim üçün çox işgüzar keçdi. “Space”də 3 proqram təqdim etmişəm, Türkiyədə klipə çəkilmişəm. Yeni filmin hazırlıqlarına başlamışam. Türkiyədə önəmli tədbirlərə qatılmışam, reportajlar etmişəm. Çox yorulmuşam. Yorğunluğumu 2 aydan bir Türkiyəyə getməklə çıxarıram. Alış-veriş edirəm, dincəlirəm. İyulda doğum günümdür. Türkiyədəki dostlarım çağırır ki, oraya gedib, qeyd edim. Amma mən Bakıda olmaq istəyirəm. Əslində istəyirəm ki, kimsə mənə sürpriz hazırlasın. Çünki özüm kimisə doğum günümə dəvət etməyə utanıram”.

Aktrisa şəxsi həyatından da danışıb: “Həyatımı işimə, oğluma həsr etmişəm. Tək eşqim oğlumdur. Əlbəttə, hər qadın sevib-sevilmək istəyir. Keçmiş həyat yoldaşımdan daim sevgi və hörmət görmüşəm. Heç vaxt şiddətə məruz qalmamışam. İndi də dost münasibətimiz var. Həyatıma girəcək insanın da mənə qarşı sevgi və hörmətlə yanaşmasını istəyirəm. Sevgi təklifləri gəlir, onlar arasında sənətçilər də var. Məşhur müğənnilərdən biri mənimlə ailə qurmaq istəyirdi, evlilik təklif etdi, qəbul etmədim. Çünki ürəyimə yatan biri yoxdur”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …