Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, “Səhər-səhər” verilişinin qonağı olan xanəndə daha bir yalanın üstünü açıb.

Aparıcı Elgiz Əkbərin “Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki… Az qalırdım o dayəni tapıb cəzalandırım” sözlərinə Aygün maraqlı cavab verib:

“O da növbəti gopdan biri idi”.

Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:

“Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir”.