Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Aygün Bəylər həyat yoldaşı ilə xoşbəxtdir” – Prodüser

“Aygün Bəylər həyat yoldaşı ilə xoşbəxtdir” – Prodüser

Əməkdar artist Aygün Bəylər ilə prodüser Sultan Mustafayev yollarını ayırıb. Musavat.com xəbər verir ki, buna səbəb əməkdar artistin ailə qurmasıdır. Məsələ ilə bağlı prodüser sosial şəbəkədə məlumat yayıb:

Bu gündən etibarən Aygün Bəylər ilə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. Dostluq, işbirliyi bitdi. O seçimini etdi, həyat yoldaşı ilə xoşbəxtdir. Dost kimi onun xoşbəxtliyinə sevinirik. Toyunda da iştirak etməyəcəm. 5 il ustadın ən sadiq, güvəndiyi dostu oldum, amma bitdi.
Normal səviyyəli müğənni olsa, çalışaram”.

Qeyd edək ki, mətbuatda A.Bəylərin dekabrın 27-də ikinci dəfə ailə quracağı xəbəri dərc olunub. Xəbərdə bildirilib ki, əməkdar artist azərbaycanlı nazirlərdən birinin əmisi oğlu ilə ailə qurur və cütlüyün kəbini də kəsilib.
Lakin ifaçı yayılan məlumatları təkzib edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …