Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Şou Biznes / ATV-də reklamarası dava – Video

ATV-də reklamarası dava – Video

Bu gün ATV kanalında yayımlanan “10-dan sonra” proqramında gərgin anlar yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, Yusif Ağayevin aparıcılıq etdiyi verilişdə Aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli arasında mübahisə meydana gəlib. 

N. Fərhadoğlu canlı efirdə Fəzaili aşıq hesab etməyib. Qarşı tərəf isə qalmaqallı açıqlamaya etirazını bildirib.

Daha sonra proqram reklamlara ayrılıb.  Fasilə zamanı Aşıq Namiqlə Aşıq Fəzail əlbəyaxa dava edib, bir-birinin ünvanına təhqiredici sözlər deyiblər.

Həmin görüntülər efirə getməsə də, ATV-nin rəsmi instaqram səhifəsində paylaşılıb.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı aktrisa çəkiliş zamanı yaralandı (FOTO)

Azərbaycanlı aktrisa Natavan Ələkbərova “Təhminə və Zaur” serialının çəkilişi zamanı xəsarət alıb. Aktrisanın çəkiliş meydançasında …