Cümə , Dekabr 14 2018
Ana səhifə / Şou Biznes / Aparıcı Vüsalə ona sataşan oğlanın BAŞINA OYUN AÇDI: “Dilini əlimlə kəsib…”

Aparıcı Vüsalə ona sataşan oğlanın BAŞINA OYUN AÇDI: “Dilini əlimlə kəsib…”

Tanınmış aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə onu təhqir etdiyini iddia edən izləyicisinə sərt şəkildə cavab verib.
Aparıcı bu dəfə onu təhqir edən şəxsin fotosunu paylaşaraq biabr edib:
“Gecənin bu vaxtı paylaşımı etməyimin səbəbi şəkildə gördüyünüz özünü çox ağıllı, bomba oğlan hesab edən bu tərbiyəsizdir. Vüsal Rəsulov. Şəxsi həyata müdaxilə, təhqir və izləyicilərimə qarşı tərbiyəsiz təhqirlər. Şəxsiyyətimə, şərəfimə, mənə dəyər verən insanlara ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib burada şəklini paylaşardım. Amma çox şükürlər olsun ki, buna ehtiyyac qalmır. Hər səviyyəsizə görə dəyməz. Bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var. Sənə xəbərdarlıq olundu ki, ay murder, ağıllı ol, olmadın. Canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər. Sənin kimilərə qızıl vaxtımızı sərf edəcək qədər bekar deyilik. Amma gözəl ölkəmizin daşdan keçən qanunlar var. Bu gün evində isti yorğan-döşəyində doyunca yat. Şünki sabah çox yorulacaqsan və yatmağa da yerin olmayacaq. Mənim şəxsi həyatım və uşağımın atası maraqlandırır səni? Sabah bütün tərcümeyi-halımı oxutduracaqlar sənə. Bu və bunun kimi özünü kişi hesab edib, əslində, qadına belə yaraşmayan qeybət və murdarlıqla məşğul olan hər kəsə dərs olsun. İndi isə yat, yuxun şirin olsun”.
A.Əlizadənin sonda onu təhqir edən şəxsin tapılmasında köməklik edən “qoruyucu mələyi”nə təşəkkürünü də bildirib: “Hər zaman peşəkar komandası ilə yanımda olan qoruyucu mələyimə təşəkkürlər”.
Aparıcının “qoruyucu mələyi” deyə işarə etdiyi şəxsin kim olduğu isə müzakirə mövzusuna çevrilib. Bəziləri həmin şəxsin hüquq-mühafizə orqanlarından birində çalışan vəzifəli məmur olduğunu iddia ediblər.(İnterpress.az)
Aparıcı Vüsalə ona sataşan oğlanın BAŞINA OYUN AÇDI: "Dilini əlimlə kəsib..." - FOTO
VIPedu.BIZ

Həmçinin oxuyun

“Maşın şou”ya görə “O səs”dən imtina edib?

Bu gün məşhur “Maşın” realiti şousu start götürəcək. “Qafqazinfo” xəbər verir ki, “Hind kinosu” devizi …