Ajda Brilliant və Aygünlə Azərbaycan mahnısına oynadı – Video

Dünən türkiyəli müğənni Ajda Pekkanın Bakı konserti baş tutub.

Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan konsertdən sonra restoranların birində tədbir keçirilib.

“Nargis” dərgisinin yaranmasının 5 illiyinə və “Nargis” məşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın ad gününə həsr edilən gecədə sənət adamları iştirak ediblər.

Gecədə Ədalət Şükürov mahnı ifa edib. Ajda Pekkan Azərbaycan mahnısının sədaları altında rəqs edib.

Sosial şəbəkədə yayılan fotolarda maraqlı məqamlardan biri də illərdi küsülü olan xalq artistləri Aygün Kazımovanın Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə yan-yana rəqs etməsi olub. İllər əvvəl yaxın rəfiqə olan Aygün və Brilliant uzun müddətdir küsülüdür. Bu onların illər sonra ilk dəfə birlikdə çəkilən görüntüsüdür.

Ötən gün fotokameramıza tuş gələn Aygün və Zülfiyyə barışıq pozları vermişdi. Dadaşova ilə Kazımova arasındakı soyuqluq isə hələ də davam edir.

loading...
Inline
Inline