Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Ağdaşda məmurun bahalı maşını belə yandı

Ağdaşda məmurun bahalı maşını belə yandı

Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşdü.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidlərinin milli.az-a bildirdiklərinə görə isə, əslində yanan daha bahalı “Land Rover Discovery” markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb. Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb.

Yerli sakinlərin sayta dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın