Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Əli Mirəliyev dediklərini dandı: Onu 500 manat cərimə cəzası gözləyirdi – VİDEOLAR

Əli Mirəliyev dediklərini dandı: Onu 500 manat cərimə cəzası gözləyirdi – VİDEOLAR

Müğənni Əli Mirəliyevin efirdə pişiyi 9 mərtəbədən aşağı atması barədə verdiyi açıqlama müzakirələrə səbəb olub.

Belə ki, ifaçı aparıcısı olduğu “Səhər-səhər” verilişində bu barədə danışıb: “9-cu mərtəbəyə qalxıb pişiyi aşağı atmışam. Yerə düşən kimi heyvan ayağa qalxıb qaçmağa başlamışdı. Heyvansevərlər məni başa düşər ki, pişik yuxarıdan aşağı düşəndə sağ qalır”. 

Mirəliyevin açıqlaması aparıcı Elgiz Əkbəri və əməkdar artist Nahidə Orucovanı hiddətləndirib. Müğənninin sözügedən addımı və canlı yayınlanmayan verilişdə onun açıqlamasının efirə getməsi birmənalı qarşılanmayıb. Heyvansevərlər öz etirazlarını sosial şəbəkədə bildiriblər.

Məlumat üçün bildirək ki, oxşar hadisə yaxın günlərdə Türkiyədə də baş vermişdi. Türkiyədə “MasterChef” proqramı ilə Murad Özdemir adlı şəxs tutuquşuya işgəncə verdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. Onun bu addımı ölkə gündəmini zəbt edib. Murad polis tərəfindən saxlanılıb və pul cəzası verilib. Hətta, o addımına görə ruhi dispanserə göndərilib, 21 gün müalicə alınmasına qərar verilib. 

Bəs, Əli Mirəliyevə telekanaldan xəbərdarlıq edilib? Canlı yayımlanmayan proqramda həmin görüntülər niyə efirə verilib?

Mövzu ilə bağlı ARB telekanalının mətbuat katibi Ozal İbrahimli ilə əlaqə saxlayıb.

O, bildirib ki, bu məsələ ilə bağlı Əli Mirəliyev özü “Səhər-səhər” proqramının bugünkü buraxılışında açıqlama verib: “İfaçı bildirib ki, uşaqlıqda olan bir hadisədir və o pişiyi atmayıb. Binanın damında quşa hücum etmək istəyən pişik görüb və müdaxilə etmək istəyib. Quşu xilas edərkən pişik qaçıb və düşüb aşağı. Sadəcə mövzunu tam izah edə bilməyən Əli Mirəliyevin bu sözləri heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb. “Səhər-səhər” verilişi şou xarakterli səhər proqramı olduğu üçün aparıcı Elgiz Əkbər də müğənni Əli Mirəliyevlə zarafat edib. Mövzunu tam olaraq izləmək üçün bugünkü efirimizdən Əli Mirəliyevin açıqlamasını belə, dinləyə və izləyə bilərsiniz”.

Bəs, heyvanlara işgəncə verənləri hansı cəza gözləyir?

Musavat.com-a mövzu ilə bağlı danışan hüquqşünas Ruslan Əhmədoğlu bildirib ki, heyvanlara işgəncə verən, onları öldürən şəxsləri 500 manat cəza gözləyir: “Ev heyvanları ilə rəftar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində deyilir ki, heyvanlarla rəhimsiz davranmaq, onları şikəst və tələf edilməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin də 290-cı maddəsində isə deyilir ki, ev heyvanlarının sahibi alkoqollu, sərxoş, narkotik maddələrdən istifadə etmiş və yaxud da güclü psixatrop təsirli dərmanlardan istifadə etmiş vəziyyətdə heyvanlara təzyiq göstərmək, onlara işgəncə vermək (qulaqlarını, quyruğunu kəsmək), xarici görünüşünü dəyişmək və s. addımlar atarsa, 300 manat cəza gözləyir. Bizim qanunlarda heyvanlara işgəncəyə görə həbs cəzası nəzərdə tutulmayıb”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …