Ana səhifə / Şou Biznes / Əhali Yeni ilə necə hazırlaşır? – Paytaxt sakinləri arasında videosorğu

Əhali Yeni ilə necə hazırlaşır? – Paytaxt sakinləri arasında videosorğu

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də paytaxtın mərkəzi küçələrində yeni il hazırlıqlarına başlanılıb. Şəhər çilçıraqlar və yolkalarla bəzədilib. Əhali bahalaşmanı nəzərə alıb, bayram hazırlığı üçün indidən bazarlara üz tutur. Etiraf edək ki, hər il yeni il ərəfəsində bazarlarda nəzərə çarpacaq dərəcədə süni qiymət artımı müşahidə edirik. Yeni ildə evləri bəzəyən yolkanın, aksesuarların, oyuncaqların qiyməti də artıb. 
Hər il Bakıda Yeni il yarmarkaları təşkil olunsa da, nədənsə bu bahalaşmanın qarşısını almaq mümkün olmur ki, olmur. Belə olan təqdirdə əhalinin bayram əhval-ruhiyyəsi də azalır.
Musavat.com bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
Respondentlər yeni il öncəsi bazarlarda, yarmarkalarda qiymətlərin şişirdildiyini deyirlər. Onlar ötən illərlə müqayisədə bu il bayramı daha sönük, daha sadə keçirəcəklərini bildirdilər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın