Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Sosial / Zəlzələdə ölənlər arasında azərbaycanlılar var? – XİN-dən açıqlama

Zəlzələdə ölənlər arasında azərbaycanlılar var? – XİN-dən açıqlama

İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan  vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

Bu barədə XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir.

Qeyd edilir ki, avqustun 6-da həmin ərazidə baş verən zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan  vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin oxuyun

Suraxanının icra başçısı “Qaraçuxur parkı”nda obyekt tikdirir – PARK HASARA ALINIB

İlqar Abbasov müavini və bacanağı Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin …