Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yeni zibilyığan maşınlar xadimələri işsiz qoyacaq…

Yeni zibilyığan maşınlar xadimələri işsiz qoyacaq…

Ağır zibilyığan texnikanın paytaxt küçələrinə gətirilməsi dəqiqləşib.

Bakı şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı departamentinin rəhbəri Xalid Ələkbərovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, qarajlarda çoxdandır ki, MAN markalı 10 zibilyığan maşın dayanıb.

Qeyd edək ki, son iki il ərzində Bakıda avtomobillər tərəfindən yolu süpürən 7 xadimə vurularaq öldürülüb. Bu hadisələr şəhər rəhbərliyini öz işçilərinin təhlükəsizliyi barədə düşünməyə vadar edib. Bununla bağlı ötən qış xadimələrə təntənəli şəraitdə işığı əks etdirən elementləri olan xüsusi jiletlər paylanılıb.

Lakin işə gələndə bu yenilik effektiv olmayıb. 2018-ci il avqustun 12-də daha bir xadimə yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Bu hadisədən bir həftə sonra şəhər rəhbərliyi insanların təhlükəsizliyi üçün küçələrə yeni texnika çıxaracağına söz verib. Lakin nəticədə yollarda texnika əvəzinə indiyədək görünməmiş üzərinə süpürgəşi çəkilmiş yol nişanları peyda oldu.

Bu nişanların söz verilən texnika olub-olmadığını aydınlaşdırmaq üçün Sputnik Azərbaycan məmurlara müraciət edib.

Suallara cavab verən Bakı şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı departamentinin rəhbəri Xalid Ələkbərov bildirib ki, yol nişanlarının istifadəsi şəhər İH başçısı vəzifəsini icra edən Eldar Əzizovun təşəbbüsü olub.

Nəticədə paytaxt rayonlarına 60 ədəd yol nişanı paylanılıb. İndi xadimələrin işlədikləri ərazidə saat 05.00-dan 11.00-dək bu təkərli nişanları görmək olar.

Ələkbərovun sözlərinə görə, yol nişaları təhlükəsizlik məqsədilə istifadə olunsa da, ağır texnika küçələrə çıxarılacaq. Bununla belə işçilərin ixtisarı gündəlikdə deyil.

“Əksinə, departamentin əlavə işçi qüvvəsinə ehtiyacı var. Texnikadan istifadə həmin qadınların təhlükəsizliyini təmin edərək onların əməyini yüngülləşdirəcək. Onlar digər ərazilərdə işləyəcəklər. Biz onları çətinliklə tapıb işə götürmüşük, heç bir ixtisardan söhbət gedə bilməz”, — Ələkbərov deyib.

Onun sözlərinə əsasən, insan əməyindən maşınların keçə bilmədiyi digər ərazilərdə istifadə olunacaq.

Yeni zibilyığan avtomobillərin alınmasına gəldikdə isə, Ələkbərov qeyd edib ki, yaxın perspektivdə belə planları yoxdur, buna vəsait lazımdır.

Qeyd edək ki, qarajlarda olan 10 zibilyığan maşın Bakının bütün rayonlarına çatmayacaq, çünki Bakının 12 rayonu var və 2 rayon bu maşınları görməyəcək.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …