Yeni və köhnə Ramananı birləşdirəcək yol inşa edilir

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını daha da asanlaşdırmaq istiqamətində Ramana-Maştağa yolu ilə “Ramana Qalası” Tarixi abidəsinin yerləşdiyi ərazini birləşdirən yeni avtomobil yolu inşa edilir. Sözügedən yol yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 63 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi layihələri çərçivəsində inşa edilən yeni yolun uzunluğu 3,2 kilometr, eni isə 6 metrdir.

Tikinti layihəsinə uyğun olaraq, hazırda yeni yol yatağı inşa olunub, yol əsasının və yolun çiyinlərinin tikinti işləri aparılıb. Tikinti işlərinin növbəti mərhələsi kimi yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Sonuncu mərhələdə yol boyu hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da, qısa müddət ərzində yolun tam yeni və müasir şəkildə inşası yekunlaşdırılaraq hər iki qəsəbənin əhalisinin istifadəsinə verilməsi planlaşdırılır.

Zdrave universal kremi zdrave forte