Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Sosial / Yeni uçqun, sürüşmə hadisələri baş verib

Yeni uçqun, sürüşmə hadisələri baş verib

Azərbaycanın bəzi yollarında yenidən yeni uçqun, töküntü və sürüşmə hadisələri qeydə alınıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Astara rayonunun Kijəbə sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb, çatların parametrləri böyüyüb. Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-lərində uçqun və sürüşmə sahələrində prosesin dinamikasında aktilik müşahidə edilib, yol boyu bir necə yerdə yeni lokal sürüşmə və oturma prossləri qeydə alınıb. Astara rayonun Motlayataq sürüşmə sahəsində çatların parametrləri böyüyüb.

Nazirlik rəsmisi qeyd edib ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olnub. Avtomobil yolunun hərəkət hissəsində bir necə yerdə çatlar və çökmə-oturma prosesləri müşahidə edilib.

Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb, yol boyu bir necə yerdə yeni uçqun-töküntü hadisəsi baş verib. Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik olub, bir necə yerdə lokal sahələrdə sürüşmə prosesləri qeydə alınıb.

Ə.Qaralov deyib ki, Lənkəran rayonunun Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, sürüşmə sahəsi müşahidə edilib.

Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən kənd ərazisində olan sürüşmə sahələrində nisbi aktivlik olub və bir neçə lokal sahədə yeni sürüşmə və uçqun sahələri qeydə alınıb.

Ə.Qaralovun sözlərinə görə, Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə olub, yol boyu bir necə yerdə çökmə-oturma proseslərinin sayı çoxalıb.

Masallı rayonunun Züvand sürüşmə sahələrində, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26 kilometrliyində sürüşmə sahəsi aktivləşib, bu rayonun Güllütəpə sürüşmə sahəsində çatların parametrləri böyüyüb.

Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivləşmə, Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım qeydə alınıb.

Ə.Qaralov əlavə edib ki, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Siyəzən rayonu Sədan sürüşmə sahəsində aktivləşmə aktivlik olub. Xızı-Altıağac yolunun 1-ci km-ində mövcud sürüşmə sahəsində aktivlik olub, yeni uçqun-töküntü hadisəsi qeydə alınıb, bu yolun 11-15-ci kilometrliyində aktivlik müşahidə olunub, yolun hər iki çiynində sürüşmə, çökmə prosesləri qeydə alınıb.

Şabran rayonunun Bakı-Samur avtomobil yolunun 12-ci km-ində səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Quba-Xınalıq yolunun 37-46, Quba-Qonaqkəndf yolunun 37-40-cı km-ində aktivlik qeydə alınıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıya yağış, rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər …