Cümə axşamı , Fevral 21 2019
Ana səhifə / Sosial / Yenə leysan xəbərdarlığı edildi

Yenə leysan xəbərdarlığı edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

“Qafqazinfo” xəbər verir ki, xəbərdarlıqda Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənildiyi bildirilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı  ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

3 gündür ki, metroya minmək olmur…

Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün …