Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yasamalda böyük söküntü başladı – Video

Yasamalda böyük söküntü başladı – Video

Paytaxtın Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir.

Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

“ Azinforum.az ” ın “Xezerxeber.az”a istinadən məlumatına görə, artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərdən çıxarılıb və söküntüyə başlanılıb. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni “ASAN xidmət”in kənarı ilə çəkilir.

Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yeni yolun inşası yaxın aylarda yekunlaşdırılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …