Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Yanvarın 21-i qeyri-iş günüdür?

Yanvarın 21-i qeyri-iş günüdür?

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağını gündəmə gətirib.

Axar.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 20 yanvar isə Hüzn Günüdür və Əmək Məcəlləsində bayram günlərinə aid edilən maddə bu günə şamil olunmur.

Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-i iş günüdür.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …