Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yağış, qar yağacaq – Növbəti xəbərdarlıq

Yağış, qar yağacaq – Növbəti xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 fevralda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohessas insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …