Ana səhifə / Sosial / Xocahəsəndə baş vermiş avtobus qəzasının görüntüləri yayılıb – VİDEO

Xocahəsəndə baş vermiş avtobus qəzasının görüntüləri yayılıb – VİDEO

Ötən gecə Xocahəsəndə baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayılıb.

Xəbər verdiyimiz kimi, 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6 nəfəri yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın – Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

BNA-nın yaydığı məlumata görə, qəzaya ilkin səbəb minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması olub. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacağı bildirilib.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …