Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Xatirəsiz” qalan Sumqayıt, kirildən qurtula bilməyən Vurğun — Foto

“Xatirəsiz” qalan Sumqayıt, kirildən qurtula bilməyən Vurğun — Foto

Sumqayıtda laqeydlik baş alıb gedir. Səməd Vurğunun kiril əlifbası ilə yazılan lövhəsi dəyişdirilmir, bulvarda isə “Sumqayıt Xatirəsi”nin hərfləri neçə aydır düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt sakinləri məlumat verib.

Hərfləri düşmüş Sumqayıt Xatirəsi yazısı
Hərfləri düşmüş “Sumqayıt Xatirəsi” yazısı

Sakinlər bildirir ki, Səməd Vurğun küçəsi — Sumqayıtın ən uzun və mərkəzi küçəsidir. Onun uzunluğu 16,3 km. çatır. Küçə Binəqədi – Novxanı yolundan başlayaraq, Sumqayıt inzibati ərazisinə aid olan Hacı Zeynalabdin qəsəbəsindəki Azadlıq küçəsinə çataraq tamamlanır. Lakin təəssüf ki, şəhərin 1-ci mikrorayonunda binanın, şairin adını daşıyan küçəyə baxan hissəsində divarda yerləşdirilən lövhədə xalq şairi haqqında məlumat sovet dövründən qalıb və təbii ki, kiril qrafikası ilə yazılıb. Bu lövhənin indiyəcən dəyişdirilməməsi də əlifbamıza, dilimizə hörmətsizlikdir.

Sakinlər hesab edir ki, bu neqativ faktı təkcə diqqətsizlik deyil, bu işlərə məsul şəxslərin laqeydliyi kimi qiymətləndirmək olar.

“Laqeydlik elə təzə salınmış Sumqayıt bulvarında quraşdırılan “Sumqayıt Xatirələri” adlı maraqlı tikilidən də görünür. Sumqayıtlıların, həmçinin şəhərə, bulvara gələn qonaqlar əvvəllər “Sumqayıt Xatirələri”nin qarşısında şəkil çəkdirirdilər. Artıq bir neçə aydır ki, “xatirələri” sözündə bütün hərflər düşüb, ancaq X ilə T hərfləri qalıb. Amma nə bulvar rəhbərliyi, nə də şəhərin məsul şəxsləri bir tədbir görmür. Halbuki bunu həll etmək elə də çətin məsələ deyil” – deyə sakinlər bildirirlər.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …