Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Sosial / “Xəstəxanalarda boş çarpayıların sayı bardə gündəlik məlumat toplanır”

“Xəstəxanalarda boş çarpayıların sayı bardə gündəlik məlumat toplanır”

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir.
Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır:
“Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir

2017-ci ilin dekabr ayında təmir olunaraq istifadəyə verilən Təxtənəkəran-Miki avtomobil yolunun bu ilin mart ayında …