Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Vasif Talıbov pensiyaçılara güzəştə getdi

Vasif Talıbov pensiyaçılara güzəştə getdi

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2017-ci il 30 dekabr tarixdə keçirilmiş yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən pensiyaçıların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə aidiyyəti işlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Azinforum.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında qeyd olunub.

Bildirilib ki, həmin tapşırığın icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanıb. Bundan sonra kənd yerlərində yaşayan pensiyaçıların istəklərinə əsasən onlar öz pensiyalarını rayon mərkəzlərinə getmədən, əlavə vaxt itirmədən və vəsait sərf etmədən həmin yaşayış məntəqələrindəki poçt bölmələrindən ala bilərlər.

Bunun üçün kənd yerlərində yaşayan pensiyaçılar istədikləri halda Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” MMC-nin yerli poçt bölmələrinə müraciət edə bilərlər. Sığorta-pensiya sistemində həyata keçirilən tədbirlər çərçivəsində pensiyaların ödənilməsində mütərəqqi forma və metodların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu gün pensiyaların həm plastik kartlarla, həm də poçt şöbələri vasitəsilə ödənilməsi xidmət səviyyəsinin daha da yüksəldilməsinə və kənd yaşayış məntəqələrinin sakinləri olan pensiyaçıların rahatlığının təmin olunmasına hesablanıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …