Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Sosial / Ukrayna dairəsində 57 yaşlı kişi özünü yandırdı

Ukrayna dairəsində 57 yaşlı kişi özünü yandırdı

Bu gün səhər saatlarında Bakıdakı Ukrayna meydanında bir kişi özünü yandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsinin 35-ci bölməsindən məlumat verilib.

Hələlik yalnız o məlumdur ki, özünü yandıran şəxs 57 yaşlı paytaxt sakini Kononov Aleksandr Sergeyeviçdir. O, öz üzərinə kerosin tökərək yandırıb. Kişi ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Məlumata görə, Kononovun dərisinin 60-70 faizi yanıb.

Xətai rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və xəstəxanada olublar. Onlar hadisənin baş vermə səbəbini və şəraitini ayırd etməyə çalışırlar. İntiharın səbəbi barədə hələlik heç kim heç nə deməyib.

Həmçinin oxuyun

Bakı sakinləri internetin sürətindən narazıdır – VİDEO

Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də …