Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Tağıyevin evi deyil…” – Sökülən bina ilə bağlı açıqlama

“Tağıyevin evi deyil…” – Sökülən bina ilə bağlı açıqlama

Azərbaycan İqtisad Universitet (UNEC) mediada tarixi abidə kimi təqdim olunan 3-cü korpusun yerləşdiyi bina ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən  tədris korpusunun yenidən inşası nəzərdə tutulur. Sözügedən bina daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 iyul 2017-ci il tarixli məktubunda tədris korpusu və koməkçi binaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş “Dünya və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri” siyahısına daxil edilmədiyi bildirilir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 18 iyul 2017-ci il tarixli məktubunda isə mütəxəssislərin binaya yerində baxış keçirərək, qeyd olunan binanın dövlət qeydiyyatına götürülən və yeni aşkar olunmuş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmədiyinin müəyyənləşdirildiyi qeyd olunub.

Həmin sənədlərə əsasən UNEC-də tədris binasının yenidən inşası barədə qərar qəbul edilib və hal-hazırda iş söküntü, bərpa və layihələndirmə mərhələsindədir. Baxmayaraq ki, sözügedən tikili tarixi abidə sayılmır və rəsmi sənədlər də bunu sübut edir, UNEC müasir standartlara cavab verən yeni tədris binasını məhz köhnə tikilinin fasadının bərkitmə işləri apararaq saxlanılması şərti ilə inşa edəcək. Bunu təqdim etdiyimiz binanın köhnə fotoşəkilləri və yeni layihənin görüntüləri də sübut edir”.

Məlumatda həmçinin qeyd olunur ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub: “Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib”.

 





Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …