Ana səhifə / Sosial / “Təmiz Şəhər”in yığılmış zərəri 161 mln. manatı keçib

“Təmiz Şəhər”in yığılmış zərəri 161 mln. manatı keçib

“Təmiz Şəhər” ASC-nin aktivləri bu il yanvarın 1-nə 88,779 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,1% azdır.

O cümlədən 2017-ci ildə dövlət şirkətinin uzunmüddətli aktivlərinin dəyəri 28,1% azalaraq 62,202 mln. manata düşüb, cari aktivlərinin dəyəri isə 61,3% artaraq 27,578 mln. manata çatıb.

“Təmiz Şəhər” ötən ilin sonuna 730 min manat cəmi öhdəliklərə (illik müqayisədə 84,7% az), 88,049 mln. manat isə cəmi kapitala (9,6% az) malil olub.

Dövlət şirkəti 2017-ci ili 33,997 mln. manat zərərlə başa vurub. Bununla da, onun yığılmış zərəri 161,394 mln. manata çatıb.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …