Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

Təhsil Nazirliyi: 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da – şənbə günü dərs olacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.


Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …