Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sürücülərin diqqətinə: cərimələri ödəməsəniz, bunları edə bilməyəcəksiniz (VİDEO)

Sürücülərin diqqətinə: cərimələri ödəməsəniz, bunları edə bilməyəcəksiniz (VİDEO)

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.
 
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.
Dəyişikliyin bir hissəsinə əsasən, müddəti, vaxtı bitən sürücülük vəsiqəsini yeniləmək istəyən şəxs, ilk növbədə, barəsində tərtib olunmuş cərimə protokollarını ödəməlidir. Cərimələri ödəməsə, vəsiqəsini yeniliyə bilməyəcək.
Müsbət haldır, yoxsa mənfi haldır, belə dəyişikliyin olması?
Elməddin Muradlı – ekspert: “Mənfi tərəfi sürücülərə sərf etmir. Çünki onlar cərimə ödəmədən vəsiqəni dəyişmək istəyər. Amma qanun baxımından normal haldır”.
Bəs belə hallar dünyanın başqa ölkələrində necədir? Onlarda da sürücünün cəriməsi olarsa, vəsiqəsini dəyişmirlər?
Azər Allahverənov – ekspert: “Bizə yaxın dövlətlərdə vəsiqə dəyişildiyi zamanı sistemə daxil olurlar. Cəimə olunarsa, tövsiyyə edirlər. Rusiyada tövsiyə xarakteri daşıyır”.
Belarusiyada isə sürücülük vəsiqəsi dəyişdirilən zaman əgər sürücünün cəriməsi varsa, ona heç gözünün üstündə qaşın var deyən də olmur. Ona görə olmur ki, sürücü vəsiqəsini verən qurumla, sürücülərin qayda pozuntusuna görə cərimələrini alan qurum ayrıdır, bir-birlərinin işinə qarışmırlar. Qurumların məsuliyyətləri ayrıdır. Məsuliyyətdən danışmışkən, sürücülük vəsiqəsi pasport, şəxsiyyət vəsiqəsi və digərləri kimi sənəddir, sənəd həm də məsuliyyətdir.
Əhməd Qəşəmoğlu – sosioloq: “Bizdə sənədə məsuliyyət artmalıdır. Təəssüf ki, bu barədə çatışmazlıq var. Bu işə orta məktəbdən başlanılmalıdır”.
Yəni bizə uşaqlıqdan öyrətməlidirlər ki, sənədinlə bağlı cərimən olsa, vaxtında ödə ki, sonradan problemlə rastlaşmayasan. Bu da məsələnin sosial tərəfi.
Bax belə, qanun var, dəyişiklik artıq edilib. Biz də bunu izah etdik. Nəticə olaraq, sürücülər daha diqqətli olsunlar, cəriməni vaxtında ödəsinlər ki, sürücülük vəsiqəsini dəyişdirməklə bağlı hər hansı problem yaşamasınlar.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …