Ana səhifə / Sosial / Sükan arxasında dəliqanlılıq edən keçmiş GÖMRÜK KRALI…

Sükan arxasında dəliqanlılıq edən keçmiş GÖMRÜK KRALI…

Zamanında broker xidməti hesabına gömrükdən milyonlar əldə edən “Gilan” Holdinqin aqrar sektirunun rəhbəri Əbülfəz Məlikovla bağlı DİA.AZ-a olduqca maraqlı fakt daxil olub. Məlumatlardan belə aydın olur ki, Məlikov cənabları gömrükdə olduğu kimi, yollarda da qanunlara tbae olmağı sevmir və bir sürücü kimi hər ay bunun bədəlini olduqca ağır formada ödəyir.

Sükan arxasında dəliqanlılıq edən keçmiş GÖMRÜK KRALI...

Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir: “Əbülfəz Məlikov heç bir sahədə qanunlara tabe olmağı sevmir. Olduqca bahalı maşınlardan ibarət kolleksiyası olan keçmiş broker hətta bir sürücü kimi yollardakı “dəcəlliyinin” qarşılığı olaraq hər ay 5 min manata yaxın müxtəlif formalı cərimə də ödəyir”.

Bu məlumatı verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, Məlikovun Tural adlı bacısı oğlu hətta dayısının bu xarakteri ilə öyünərək, məclislərin birində “dayımın aylıq cərimə pulusu 5 min manatdır” deyib də.

Görünəni odur ki, Əbülfəz Məlikova ölkə rəhbərliyinin məmur harınlığı ilə bağlı etdiyi xəbərdarlıqlar hələ yetişməyib…

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …